İsrail kəşfiyyatı mdünyada terrorla belə sav aşır - onlarla adamı xilas etdi

22-02-2018, 09:38           

İsrail kəşfiyyatı ötən il Avstraliyaya məxsus sərnişin təyyarəsində İŞİD tərəfindən planlaşdırılan partlayışın qarşısını alıb.

Axar.az xəbər verir ki, bu barədə Avstraliya hərbi dairələri məlumat yayıb.

Bildirilib ki, “Diviziya-8200” adlı radioelektron hərbi kəşfiyyat xidmətinin əməkdaşları partlayışın qarşısını alıb.

“Kəşfiyyat şərq ölkələrindən birinə məxsus təyyarədə İŞİD tərəfindən terror aktının planlaşdırılması ilə bağlı məlumat əldə edib”, - deyə bildirilib.

Həmçinin qeyd edilib ki, İsrail tərəfi həmin məlumatı dərhal avstraliyalı həmkarlarına ötürüb və terrorçu yaxalanıb.

Xatırladaq ki, ötən il ilin iyulunda Avstraliya hökuməti silsilə terror aktları planlaşdıran bir neçə terrorçunun yaxalanması barədə məlumat yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru