Canlı efirdə dava: Aparıcı və qonaq əlbəyaxa oldu - VİDEO

22-02-2018, 22:57           

Rusiyanın NTV telekanalında yayımlanan “Görüş yeri” (“Место встречи”) proqramının aparıcısı Andrey Norkin canlı efirdə verilişin qonağı, ukraynalı ekspert Dmitri Suvorovla əlbəyaxa olub.

Ukraynanın Donbas vilayətindəki vəziyyətlərin müzakirəsi zamanı studiyada vəziyyət o qədər gərginləşib ki, aparıcı qonağa yaxınlaşmalı və onu sakitləşdirmək üçün əlindən tutmalı olub.

Lakin bundan sonra vəziyyət daha da pisləşib və dava başlayıb.

İnsidentdən sorna Suvorovu studiyadan kənarlaşdırıblar.

Norkinin həmkarı – Olqa Belova onu dəstəkləyərək, “qonağın özünü kobud apardığını, prinsipsiz mövqe sərgilədiyini” bildirib. //oxu.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru