“Srebrenitsadakı kimi məhkəmə qərarı olarsa…” –Hollandiya hökumətindən parlamentin qərarına reaksiya

23-02-2018, 08:22           

"BMT-nin müvafiq qətnaməsi və ya Srebrenitsa hadisələrində olduğu kimi beynəlxalq məhkəmənin qərarı olarsa, Hollandiya hökuməti 1915-ci il hadisələrini soyqırımı kimi tanıya bilər".

Bu sözləri Hollandiya xarici işlər nazirinin müavini Siqrid Kaaq Hollandiya parlamentinin 1915-ci il hadisəsini soyqırımı kimi qəbul etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Hollandiya hökuməti tərəfindən 1915-ci il hadisələri ilə əlaqədar erməni iddiaları öyrənilməlidir: “Soyqırımının tanınmasında beynəlxalq məhkəmələrin müddəaları, BMT-nin elmi araşdırmaları və onların nəticələri Hollandiya hökuməti üçün istiqamət verir. Hökumət Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Soyqırımların qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyaya uyğun fəaliyyət göstərir”.

Siqrid Kaaq hesab edir ki, Türkiyə və Ermənistan birgə çalışmalı, uzlaşma üçün birgə addım atmalı və baş verənləri ortaya qoymalıdır/Teleqraf.com.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru