Meksikada polislər üç italiyalını saxlayaraq mafiyaya təhvil veriblər

25-02-2018, 10:13           

Meksikanın Xalisko ştatında yanvarın 31-dən itkin düşmüş İtaliyanın 3 vətəndaşının polis əməkdaşları tərəfindən oğurlanaraq cinayətkar qrupun üzvlərinə təhvil verildiyi müəyyən edilib.



APA-nın xəbərinə görə, bu barədə ştat prokurorluğunun məlumatında bildirilir. İtkin düşənlərin hamısı İtaliyanın Neapol şəhərinin sakinləridir. Onlar itkin düşməzdən əvvəl qohumlarına polislər tərəfindən saxlanıldıqlarını bildiriblər. Bundan sonra onlarla əlaqə kəsilib.



Məlumata görə, hadisə ilə əlaqəli polis əməkdaşları artıq müəyyən edilərək saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər. Yerli qanunvericiliyə əsasən, onları 40-60 il həbs cəzası gözləyir.



Hazırda əcnəbilərin axtarışı davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru