Misirdə işçiləri daşıyan avtobus qəzaya uğrayıb: 9 ölü, 21 yaralı

25-02-2018, 10:21           

Misirin İsgəndəriyyə şəhərinin yaxınlığında işçiləri daşıyan avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 9 nəfər həlak olub, 21 nəfər isə yarlanıb. Ölənlər və yaralananlar yerli sakinlərdir.

Versiyalardan birinə görə, qəzaya səbəb avtobus sürücüsünün avtomobil ilə toqquşmadan yayınmağa cəhdi olub, digər versiyaya görə isə avtobusun təkəri partlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.