Misir arxeoloqları qırx sarqofaqdan ibarət nekropol tapıblar

25-02-2018, 11:04           
Misir arxeoloqları qırx sarqofaqdan ibarət nekropol tapıblar
Misir arxeoloqları Qahirənin cənubunda yerləşən Tuna əl Cəbəl adlı ərazidə təqribən qırx sarqofaqı əhatə edən səkkiz türbədən ibarət böyük bir nekropol aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə Misirin əlyazmalar naziri Xəlif əl-Annaniyə istinadən "Associated Press" məlumat yayıb.

Nazirin qeyd etdiyinə görə, nekropolda qədim Misir tarixinin erkən çarlıqdan başlayaraq Ptolomey zamanına qədər müxtəlif dövrlərində dəfn edilmiş məzarlar var, eyni zamanda onların hamısı kahinlərə və vəzifəli şəxslərə məxsusdur.

Qeyd olunur ki, bu, son bir neçə il ərzində edilmiş ən böyük arxeoloji kəşflərdən biridir, ərazidə mütəxəssislərin işi isə 5 il ərzində davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru