Yunanlara xəbərdarlıq: Türkiyəyə gücünüz çatmaz...

25-02-2018, 20:23           
Yunanlara xəbərdarlıq: Türkiyəyə gücünüz çatmaz...
Rumınyanın ana müxalifət partiyası – AKEL-in rəhbəri Andros Kiprianu Aralıq dənizində faydalı yataqlara görə yaranan gərginlikdən dolayı Kipr Respublikasının prezidenti Nikos Anastasiadisə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, Kiprianu Kipr problemi həllini tapmadan faydalı yataqlardan istifadənin mümkünsüz olduğunu bildirib.

“Əgər Türkiyəyə siyasi bədəl ödətdirməyi düşünürüksə, yanılırıq. Bu, regionda arzuolunmaz nəticələrə gətirib çıxara bilər”, - müxalifət lideri qeyd edib.

Xatırladaq ki, Kiprin yunan hökuməti Aralıq dənizində təktərəfli neft-qaz axtarışlarının aparılacağını iddia edir.

Şimali Kipr Türk Respublikası və Türkiyə hökuməti isə buna kəskin etiraz edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru