Səudiyyə Ərəbistanda 1 kilometrlik göydələn: FOTO

25-02-2018, 22:27           

Səudiyyə Ərəbistanda tikintisi 2020-ci ildə tamamlanacaq göydələnin animasiya görüntüləri yayımlanıb.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, tikinti bitəndə dünyanın ən yüksək göydələni ünvanına sahib olacaq.

Səudiyyə Ərəbistanında inşa edilən və 2020-ci ildə tamamlanacaq olan Dubaydakı Bürç Xəlifə qülləsindən təxminən 170 metr daha uzun olacaq Ciddə qülləsinin animasiya görüntüləri ortaya çıxıb.

Xəbərə görə, 828 metr uzunluğu ilə dünyanın ən hündür göydələn binası olan Bürç Xəlifə, taxtını 2020-ci ildə Səudiyyə Ərəbistanda tikintisinə başlanacaq Ciddə göydələninə təhvil verəcək.

Ciddə üülləsi, haradasa 1 kilometrə yaxın olan - 999.7 metrlik uzunluğu ilə ən üst qatlarından buludların üzərində bir mənzərə təqdim etməyə hazırlaşır. Eyni zamanda, bu bina ətrafına inşa ediləcək yeni ağıllı şəhər olan Ciddə İqtisadi Mərkəzi də qüllə ilə birlikdə fəaliyyətə başlayacaq.

Sivri bir zirvəyə sahib olan və 200-dən çox mərtəbəyə malik bir dizayna sahib göydələnin içində restoranlar, otel otaqları, palatalar və mübadilə mərkəzləri olacaq.

Binanın 157-ci mərtəbəsində dünyanın ən yüksəkdə yerləşən naviqasiya eyvanı, ABŞ-dakı Azadlıq qülləsinin naviqasiya eyvanından 55 qat daha yuxarıda olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.