Suriyada beş terror qruplaşması vahid rəhbərlik mərkəzi yaradıb

26-02-2018, 08:11           

Beş terror qruplaşması Suriyanın Şərqi Quta bölgəsinə vahid rəhbərlik mərkəzi yaradıblar.



APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, müvafiq razılaşma "Cəbhət ən Nüsrə", "Əhrar əş Şam", "Ceyş əl İslam", "Əl İslam" və Feylək ər Rəhman" qruplaşmaları arasında əldə edilib.





Məlumata görə, Hələb, Latakiya və İdlib əyalətlərində atəşkəs rejiminin pozulması halları müşahidə edilməkdədir. Silahlılar Dəməşqin mərkəzi və ətrafını atəşə tutmaqda davam edir.



Qeyd edək ki, fevralın 24-də BMT TŞ Suriyada 30 günlük atəşkəsə dair qətnaməni yekdilliklə qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru