Toyuq əti qurtaran “KFC” restoranlar şəbəkəsi BİABIR OLDU: “Bacarmadıq” (FOTO)

26-02-2018, 20:29           

KFC şöbələrində toyuq əti qalmadığı üçün qəzetlərə elan verərək müştərilərindən üzr istəyib.

“Tendensiya.com” xarici mətbuata istinadən xəbər verir ki, şirkət üzrxahlıq elanında toyuq paketlərinin şəklindən istifadə edərək üzərində “bacarmadıq” mənasını verən “FCK” qısaltmasından istifadə edib:

“Toyuqsuz bir toyuq restoranı ideal deyil. Müştərilərimizdən üzr istəyirik”.

Restoranlar zəncirinin sahibi Yum Brands daşıma şirkətlərini dəyişdirdikləri üçün bu problemlə qarşılaşdıqlarını bildirib.

Qeyd edək ki, ötən həftə dünyanın ən məşhur restoranlar şəbəkəsi olan KFC-nin Böyük Britaniyadakı 900 şöbəsindən 800-ü toyuq olmadığı üçün bağlanmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru