Amerikalı alimlər insan gözünün analoqunu yaradıblar

27-02-2018, 00:29           

ABŞ-ın Harvard Universitetinin Mühəndislik və tətbiqi elmlər məktəbinin alimləri elektron idarəetməli süni göz yaratmağa müvəffəq olublar.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

İxtira özündə kvadrat metalinza və polimerlərdən, həmçinin elektrodlardan ibarət süni əzələni ehtiva edir. Belə süni göz insan gözü prinsipi ilə işləyir; linzanın dartılması və sıxılması zamanı fokus formalaşır və ətrafdakı obyektləri fərqləndirir.

Süni göz görmə spektrindəki qüsurları, məsələn, astiqmatizmi korreksiya edə bilir. Alimlərin fikrincə, bu ixtira yalnız oftalmologiyada deyil, həmçinin mikroskoplarda və virtual reallıq eynəklərində istifadə edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru