Sevgilisinin oğluna təcavüz etdi - ŞOK HADİSƏ

28-02-2018, 01:02           

Sevgilisinin 13 yaşlı oğluna təcavüz edən, sonra uşağı öldürüb meyiti yandıran cinayətkar ilə ona kömək edən oğlu və oğlunun anası həbs olunub.

GoldNews.Az xəbər verir ki, ABŞ-ın New Mexiko bölgəsində 13 yaşlı Ceramiah Valensia anasının sevgilisi tərəfindən təcavüzə məruz qalıb, yandırılıb və külü zibil qutusuna atılıb.

Vəkil Marko Serna uşağın ölməmişdən 2 ay əvvəl it damında yeməksiz və susuz saxlanıldığını söyləyib.


Hadisə uşağın anasının rəfiqəsinə oğlunun öldüyünü deməsi nəticəsində ortaya çıxıb. Hadisədən sonra uşağın başqa bir cinayətə görə həbsdə olan 35 yaşlı anası Tracy Ann Pena, sevgilisi Tomas Ferquson və onun 19 yaşlı oğlu Cordan Nunez həbs olunub.

Yol kənarında meyiti tapılan uşağın anası ifadəsində sevgilisindən qorxduğuna görə ona oğlunun meyitini yol kənarına atmaq üçün kömək etdiyini deyib.

Cinayətkarın oğlu Cordan Nunez isə uşaq ikən atasından şiddət gördüyünü və qorxduğu üçün atasına kömək etdiyini deyib. Ferquson qətl və adam qaçırmaq da daxil olduğu 17 ayrı cinayətdən mühakimə olunur.

Sevgilisinin oğluna təcavüz etdi - ŞOK HADİSƏ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.