Narkomafiyalar arasında silahlı qarşıdurma - 14 ölü

28-02-2018, 10:17           

Meksikanın Quanajuato əyalətində narkotik mafiyaları arasında baş verən silahlı atışma zamanı 14 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, əyalət prokurorluğundan verilən açıqlamaya görə, ötən həftənin sonlarında Apaseo El Alto və Apaseo El Qrande kəndlərində 14 cəsəd aşkar edilib.

Cəsədlərin bəzisi yanıb.

Son vaxtlar Meksikada neft kəmərləri və qatarların soyğunçuluğa məruz qaldığı bölgələrə "Jalisko" adlı mafiya nəzarət edir. Mafiya digər kriminal qruplaşmalara qarşı müharibə elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru