Çindən Suriyaya BÖYÜK DƏSTƏK - 40 MİLYON DOLLAR

28-02-2018, 11:28           

Çin höküməti tərəfindən Suriyaya humanitar yardım göstərilib.

teref.az xəbər verir ki, bu barədə mətbuata Çin Xalq Respublikasının Suriyadakı səfiri Si Syanszin məlumat verib. Səfir bildirib ki, humanitar yardım məqsədilə Çin Suriyaya 5,4 min ton düyü göndərib.

Səfir çıxışında rəsmi Pekinin Suriya torpaqlarında ədalətin bərpasında maraqlı olduğunu və bu istiqamətdə fəal rol oynamağa səy göstərdiklərini də qeyd edib:

"Ümid edirik ki, humnaitar yardımlar və bu istiqamətdə görülən digər tədbirlər Suriya xalqının son dövrlərdə çəkdiyi əziyyətləri nisbətən də olsa azaltmağa kömək edəcək".

Xatırladaq ki, daha əvvəl Çin Respublikası Suriya rəhbərliyi ilə 40 milyon dollar dəyərində 3 saziş imzalayıb. Sazişə əsasən elektrik avadanlıqları, nəqliyyat vasitələri və digər humanitar yardımların tədarükü qismində Çin Dəməşqə qarşılıqsız yardım göstəriləcək./publika.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru