PKK-çı sərhədi keçdi, əhali oraya axın etdi - FOTO

28-02-2018, 14:13           
PKK-çı sərhədi keçdi, əhali oraya axın etdi - FOTO
Türkiyənin Hatay vilayətinin Suriya ilə sərhəddə yerləşən Qırıqxan (Kırıkhan) rayonuna Suriya ərazisindən PKK terrorçusunun daxil olması barədə hərbçilərə məlumat ötürülüb.

Axar.az xəbər verir ki, Amanoslar deyilən ərazidə terrorçu müəyyən edilib və açılan atəşlə yerindəcə məhv edilib.

Öldürülən terrorçunun üzərində "Kalaşnikov" avtomatı və müxtəlif hərbi ləvazimatlar aşkarlanıb.

Qeyd edək ki, terrorçunun rayona daxil olduğunu öyrənən vətəndaşlar əraziyə axın edib. Dinc sakinlər terrorçunun məhv edilməsini öyrəndikdən sonra evlərinə qayıdıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru