“Buna sonsuza qədər dözməyəcəyik” – Putin

1-03-2018, 00:33           
“Buna sonsuza qədər dözməyəcəyik” – Putin
“Rusiya terrorçuların Dəməşqi atəşə tutmasına sonsuza qədər dözməyəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadlan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avstriyanın kansleri Sebastyan Kurtsla danışıqlardan sonra bildirib.

Ölkə liderinin sözlərinə görə, terrorçular hər gün Suriya paytaxtına 50-80 raket zərbəsi endirirlər.

“Şərq Qutada olan döyüşçülər hər gün Dəməşqə zərbələr vururlar. Həmçinin, terrorçular atdığı raketlər Rusiya səfirliyi və ticarət nümayəndəliyinin ərazisinə düşür. Buna sonsuza qədər dözmək olarmı? Əlbəttə ki. xeyr”, – dövlət başçısı deyib.

Qeyd edək ki, Şərqi Quta hazırda Suriyada terrorçuların son qalalarından biri olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru