BMT sülhməramlılarına hücum: 4 ölü

28-02-2018, 23:44           

BMT-nin Malidəki missiyasının maşın karvanına edilmiş hücum nəticəsində 4 sülhməramlı həlak olub.

Oxu.Az “RİA Novosti”-ə istinadən xəbər verir ki, bu barədə missiyanın açıqlamasında bildirilir.

Məlumata görə, “mavi dəbilqəliləri” daşıyan avtomobil karvanı Mopti şəhərində yolda qurulan minaya düşüb.

Ölənlərdən savayı, daha dörd sülhməramlının müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırıldığı bildirilir.

Qeyd edək ki, Malidə siyasi-hərbi gərginlik 2011-ci ildə qonşu Liviyada Müəmmər Qəddafi rejiminin devrilməsindən sonra meydana gəlib. Malinin ərazisinə Tuareq qəbilələrindən olan qaçqınlar axın edib. Ölkənin şimalını tutan tuareqlər bölgədə “müstəqil” Azavad dövlətinin qurulduğunu elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru