Venesuela-Kolumbiya sərhədində atışma olub, ölənlər var

1-03-2018, 08:35           

Venesuela-Kolumbiya sərhədində baş verən silahlı toqquşma nəticəsində 7 nəfər həlak olub.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Taçira ştatının Urenya bələdiyyəsi yaxınlığında qeydə alınıb.



Məlumata əsasən, Venesuela sərhədçiləri kolumbiyalı silahlılardan 7 ədəd odlu silah, 3 avtomobil və 3 ədəd motosiklet müsadirə edib. Venesuela ilə Kolumbiya arasında 2,2 min km uzunluğunda sərhəddən qaçaqmalçılar və narkomafiya fəal şəkildə istifadə edir.



2015-ci ildə, kolumbiyalı qaçaqmalçıların hərbçilərə hücumundan sonra Venesuela prezidentinin sərəncamı ilə sərhəd bağlanmışdı. Bir il sonra Venesuela prezidenti Nikolas Maduro və Kolumbiyanın dövlət başçısı Xuan Manuel Santos iki ölkə arasında sərhədin tədricən açılmasına dair razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru