Ağ evin kommunikasiyalar üzrə direktoru istefaya gedib
1-03-2018, 08:42
ABŞ-da Ağ evin komunikasiyalar üzrə direktor Houp Hiks istefaya gedib.
Trend-in Rİa Novosti-yə istinadən verdiyi məlumata əsasən, Hiks həmin vəzifədə yarım ildən az işləyib.
Öz növbəsində ölkə prezidenti Donald Tramp Hiksə təşəkkürünü bildirib və Hiksin görkəmli insan olduğunu deyib. O həmçinin bildirib ki, Hiksin başqa işə keçmək qərarını anlayır.
Hiksin karyerasını harada davam etdirəcəyi qeyd olunmur.