Pentaqon Suriyadakı hərbi bazalarının sayını açıqlamaqdan imtina edib

2-03-2018, 08:46           

Pentaqon Suriya ərazisindəki ABŞ hərbçilərinin sayı və yerləşməsinə dair məlumatları açıqlamır.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Suriyada 20-dək hərbi bazasının olmasına dair Rusiya rəsmisinin iddiasını şərh edərkən Pentaqon nüümayəndəsi Erik Paon deyib.



“Suriyada əsas missiyamızın məqsədlərinə, yəni İŞİD-in məğlub edilməsinə nail olmaq üçün təhlükəsizlik baxımından hərbçilərimizin sayı və yerləşməsini müzakirə etmirik”, - deyə o qeyd edib.



Paon əlavə edib ki, bu cür bəyanatlarla Rusiya öz zəifliyini nümayiş etdirir və ictimaiyyətin diqqətini Suriyada atəşkəs rejiminin təmin edə bilməməsindən yayındırır.



Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov bundan əvvəl bəyan edib ki, Suriyanın YPG-nin nəzarətində olan ərazilərində ABŞ-a məxsus 20-dək hərbi baza yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru