Fransa səfirliyinə silahlı hücum, atışma davam edir

2-03-2018, 20:33           

Afrika ölkələrindən olan Burkina Fasonun paytaxtından terror aktı baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-nin xüsusi elçisi tvitter hesabında yazıb.

Məlumata görə, partlayışdan sonra silah səsləri eşidilib. Bir qrup maskalı şəxs Baş Qərargahın mühafizəçilərinə hücum edib. Daha sonra isə həmin ərazidə yerləşən Fransa səfirliyi və Fransa İnstitutuna hücum təşkil edilib.

Fransa səfirliyi vətəndaşlarına xəbərdarlıq edərək bölgədən uzaqlaşmaları ilə bağlı çağırış edib. Atışmanın davam etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru