Norveç Donald Trampla bağlı FTB-yə müraciət edib

2-03-2018, 20:34           

Norveç polisi Ağ Evin rəhbəri Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi üzrə iddia ərizəsinin saxtalaşdırılması işinin istintaqı ilə bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosundan yardım istəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post”a Norveç Nobel İnstitutunun direktoru Ulav Nyolstad bildirib.

Qeyd edək ki, o, daha əvvəl Norveç Dövlət Teleradio Şirkətinə açıqlamasında institut əməkdaşlarının D.Trampın ardıcıl iki il saxta sənədlərlə sülh mükafatına namizəd olmasından şübhələnməsinə əsaslarının olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru