Həkimlər səhv saldı, yanlış xəstəni beyin əməliyyatı etdi

2-03-2018, 22:35           
Həkimlər səhv saldı, yanlış xəstəni beyin əməliyyatı etdi
Keniyada yanlış şəxs üzərində beyin əməliyyatı həyata keçirilib

Bazar günü baş verən hadisədə Kenyatta xəstəxanasında sənədlər qarışıq düşüb və xəstəxana işçisi yanlış xəstəni əməliyyata yönləndirib.

Əməliyyatdan bir müddət sonra xəstənin beynində qan laxtası olmadığı görülüb.

Yanlışlıqdan sonra cərrah və ümumilikdə 4 nəfər işdən çıxarılıb. Xəstəxana rəsmiləri hadisəyə görə təəssüfləndiklərini bildiriblər.

Məsələni daha tragikomedik edən digər fakt isə beynində problem olan xəstənin sağalması, artıq əməliyyata gərək olmamasıdır.

Hər iki xəstənin vəziyyəti normaldır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru