ABŞ-da universitetdə atəş açan şəxsin kimliyi məlum olub

3-03-2018, 09:25           

ABŞ-ın Miçiqan universitetində atəş açan şəxsin kimliyi məlum olub.



APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.



Məlumata görə, cinayəti törətməkdə 19 yaşlı Ceyms Erik Devis şübhəli bilinir. Polis hadisənin ailə münaqişəsi zəminində qeydə alındığını bildirib. Hazırda qaradərili gəncin tutulması istiqamətində tədbirlər görülür.



***



20:05



ABŞ-ın Miçiqan ştatında universitetdə silahlı insident baş verib.



APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Maunt-Plezant şəhərində qeydə alınıb.



İlkin məlumata əsasən, insident nəticəsində 2 nəfər ölüb. Hadisə ilə əlaqədar bir nəfərin axtarıldığı bildirilir.



Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru