Çin Trampa meydan oxudu: “Oturub gözləməyəcəyik”

5-03-2018, 00:47           

ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına gömrük rüsumu tətbiq edəcəyi barədə yayılan məlumat Çin tərəfdən narazılıqla qarşılanıb.

Çin xarici işlər nazirinin müavini Zanq Yesui ABŞ-la ticarət müharibəsi istəmədiklərini, ancaq qərar Pekinin maraqlarına zərər verəcəyi təqdirdə qiymətlərə dəyişiklik ediləcəyini bildirib: "Bu, müzakirə olunmalıdır. Qərarlar yanlış proqnozlarla qəbul edilərsə, qarşılıqlı əlaqələrə zərər verər və heç bir ölkənin görmək istəmədiyi nəticələrə səbəb olar. Qərardan sonra oturub gözləmək fikirimiz yoxdur".

Qeyd edək ki, Tramp gömrük dərəcələrini polad üçün 25%, alüminium üçün isə 10% həcmində artırmaq istəyir. ABŞ qərarı, xarici ticarət kəsirini azaltmaq istəyi ilə izah olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru