İtaliyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb - YENİLƏNİB

5-03-2018, 09:03           

İtaliyada martın 4-də keçirilmiş parlament seçkilərinin ilkin nəticələri məlum olub.



APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, seçkilərdə sağ mərkəzçi partiyaların koalisiyası 37% səs toplayıb. Bu halda koalisiya yeni parlamentin yuxarı palatasında çoxluq təşkil edə bilməyəcək.



İkinci yerdə “Beş Ulduz” hərəkatı (30%) qərarlaşıb. Sol mərkəzçi partiyaların 25,4% səs topladığı bildirilir.



***


02:18



İtaliyada keçirilən parlament seçkilərində səsvermə başa çatıb.



APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 23:00-da ölkədə bütün seçki məntəqələri bağlanıb.



Seçkilərdə İtaliya parlamentinin aşağı palatasına 630 deputat, yuxarı palatasına 315 senator seçiləcək. Ümumilikdə, 31 partiyadan 7762 nəfərin namizədliyi irəli sürülüb. Rəy sorğularına görə, heç bir siyasi qüvvə 40%-liq həddi aşa bilməyəcək.



Bununla belə sağ mərkəzçi partiyaların koalisiyası seçkilərin favoriti hesab edilir. Belə ki, İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin "İrəli, İtaliya!", Matteo Salvininin "Liqa", Corci Meloninin "İtaliya Qardaşları" və Raffael Fittonun "İtaliya ilə Birgəyik" partiyasının daxil olduğu blokun seçkilərdə 40%-dək səs toplayacağı proqnozlaşdırılır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru