Amerika qırıcılarının İŞİD-çiləri məhvetmə anı - Video

7-03-2018, 09:04           
Amerika qırıcılarının İŞİD-çiləri məhvetmə anı - Video
ABŞ Hərbi Hava Qüvvələri Əfqanıstanda onlarla İŞİD terrorçusunu məhv edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilib ki, əməliyyatlar ölkənin 3 vilayətində həftə sonu həyata keçirilib.

Martın 3-də Cauzcan əyalətində 9 terrorçu, Kunar və Nanqahar əyalətlərində isə 2 terrorçu məhv edilib.

O da vurğulanıb ki, fevral ayında Əfqanıstanda aparılan əməliyyatlarda 7 terrorçu öldürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.