Çin pilotsuz tanklarını nümayiş etdirdi

21-03-2018, 20:59           

Çin Dövlət Televiziyası ilk dəfə pilotsuz tankları nümayiş etdirib.

APA-nın məlumatına görə, Çin pilotsuz tankları sınaqdan keçirməyə başlayıb.

Süni intellektlə təchiz olunmuş və modernləşdirilmiş bu tanklar sovet istehsalı olan T-54 tanklarının əsasında yığılıb. Çin hərbçiləri bildiriblər ki, zamanında çoxlu sayda belə tanklar istehsal edilib və hazırda yaxşı vəziyyətdə olan bu tanklar süni intellektlə təchiz olunmaqdadır. Bununla belə, “Global Times” yazıb ki, pilotsuz tankları klassik tank modelləri ilə müqayisə etdikdə, məlum olur ki, hələ də bir çox texniki problemlər həllini tapmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru