Odessada deputatı döyüb, qovdular

29-08-2015, 13:52           
Odessada deputatı döyüb, qovdular
Ukrayna Ali Radasının deputatı Mixail Saakaşvilinin köməkçiləri tərəfindən döyüldü.

Odessada Mixail Saakaşvilinin köməkçiləri Ali Radanın deputatını döyüblər.

ANS PRESS-in məlumatına görə, bu barədə hadisə yerində olan jurnalist Vera Zaporojye öz şəxsi səhifəsində xəbər verib. Onun bildirdiyi kimi, avqustun 27-də vilayət administrasiyasının binasında çoxlu miqdarda şahid yanında Ukraynanın xalq deputatı Aleksey Qonçarenko döyülüb.

Deyilənlərə əsasən, deputatın döyülməsinin əsas səbəbi, onun Pyotr Poroşenkonun siyahısında qadağa qoyulmuş yerlərdə ticarətlə məşğul olmaqda şübhəli bilinməsidir. Davadan sonra deputatı binadan çıxarıblar. Jurnalistin məsələ ilə bağlı sualına isə, Qonçarenko cavab verib ki, bu vəziyyəti şərh etmək istəmir.

Aleksey Qonçarenkonun qalmaqallı xəbərlərlə gündəmə gəlməsi ilk hal deyil. Deputat 2014-cü il mayın 2-də Odessada Həmkarlar İttifaqının binasının yanğınında aktiv iştirakı ilə yadda qalıb. Həmin insidentdə çoxlu sayda insan ölüb və Aleksey ölmüş və yaralanmış insanların şəklini sosial şəbəkələrdə durmadan yayıb.

Bu ilin martında da Qonçarenko Avropa Parlamentində qalmaqal yaradıb. Belə ki, Parlamentdə Fransız Janna Lyuka Şafxauzerin 2014-cü ilin fevral ayında Ukraynaya qaz ixracına Amerika kəşviyyatçılarının başçılıq etməsi kəlməsi deputatın xoşuna gəlməyib. O zaman təhlükəsizlik xidməti güclə də olsa, Qonçarenkonu zaldan çıxarıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.