Ukrayna Rusiya Baş Qərargahını terrorda İTTİHAM ETDİ

5-04-2018, 20:52           
Ukrayna Rusiya Baş Qərargahını terrorda İTTİHAM ETDİ
Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə “Espresso” teleknalı yaxınalığında baş vermiş partlayışda Rusiya Baş Qərargahını günahlandırıb.

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Xidmət rəhbərinin müavini Viktor Konenkonun bildirdiyinə görə təmsil etdiyi qurum, terrorda şübhəli bilinən kimliyi təyin olunmamış şəxsin Rusiya Baş Qərargahının işçisi olduğunu iddia edir. Konnenkonun sözlərinə görə şübhəli 2017-ci ilin sentyabrın 9-dan 11-nə kimi və oktyabrın 10-dan 15-nə kimi Ukraynada olub.

Eyni zamanda terrorda şübhəli daha 3 ukraynalının adı çəkilir. Onlardan biri həbs edilib və terrorçulara yardımda itiham edilir. Rusiyaya qaçan digər iki nəfər isə təşkilatçılıqda ittiham ediliblər.

Ukrayna baş prokurorluğu həmin iki şübhəlinin Ukraynaya təslim edilməsi üçün Rusiya tərəfinə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru