Rusiya “öldürdüyü” terrorçunun gizləndiyi yeri açıqladı

5-04-2018, 21:52           
Rusiya “öldürdüyü” terrorçunun gizləndiyi yeri açıqladı
İŞİD lideri Əbubəkr Bağdadi İraqda gizlənir. Bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov deyib.

“Bağdadi Suriyada gizlənmir. Böyük ehtimalla, o, İraqdadır. Dəqiq yeri haqqında hələlik məlumat yoxdur. Onun “ovuyla” çox ölkənin xüsusi xidmət orqanı məşğul olur”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya bundan öncə rəsmi şəkildə Bağdadini öldürdüyü haqqında informasiya yaysa da, sonradan bu məlumatı təkzib etmək məcburiyyətində qalmışdı.(Axar.az )












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru