BMT-də terror aktlarından bir il ərzində dəymiş ziyanın həcmi müəyyənləşdirilib

6-04-2018, 08:32           

2017-ci ildə 11 min terror aktı törədilib, nəticədə 25 min nəfər ölüb, terror aktlarından dəyən iqtisadi ziyanın həcmi 90 mlrd. dollar təşkil edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin müavini, təşkilatın terrorla mübarizə idarəsinin direktoru Vladimir Voronkov bildirib.

“2017-ci ildə dünyada 11 min terakt törədilib, nəticədə 25 min insan ölüb, 33 min nəfər yaralanıb. Terrorizmdən dəymiş ziyanın həcmi 90 mlrd. dollardan çoxdur. Bu ciddi qlobal təhlükədir”, - deyə Vladimir Voronkov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru