ABŞ Nümayəndələr Palatasına rekord sayda qadın seçilmək qərarına gəlib

6-04-2018, 08:59           

ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürən qadınların sayı ölkənin tarixində rekord göstəriciyə çatıb.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, Virciniya ştatı öz namizədlərinin siyahısını dərc etdikdən sonra, Demokrat və Respublika partiyalarından Konqresin aşağı palatasına namizədliyini irəli sürən qadınların sayı 309 nəfər təşkil edib.

Qeyd edilir ki, hazırkı göstərici 2012-ci ildə təyin edilmiş rekorddan 11 nəfər yüksəkdir. 2012-ci ildə 298 qadın namizədliyini irəli sürmüşdü.

Gözlənilir ki, yaxın həftələrdə bu göstərici daha da artacaq. Çünki ştatlarının təxminən yarısı hələ öz namizədlərinin adlarını dərc etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru