ABŞ Səudiyyə Ərəbistanına 1,31 milyard dollarlıq haubitsalar sata bilər
6-04-2018, 09:04
ABŞ Səudiyyə Ərəbistanına 1,31 millyard dollar dəyərində 180 ədəd özüyeriyən 155 millimetrlik haubitsalar sata bilər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun strukturuna daxil olan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq Agentliyi məlumat yayıb.
Məlumata əsasən, ABŞ Səudiyyə Ərəbistanına "M109A5/A6" haubitsaları satmaq niyyətindədir.