Pentaqon Trampın Suriyadan çəkiləcəkləri haqda bəyanatını “dedi-qodu” adlandırdı:"Hələ orada görəcək işlərimiz var"

6-04-2018, 09:32           

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkə prezidenti Donald Trampın “Suriyadan çox tezliklə çəkiləcəyik” bəyanatını yalanlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Pentaqonun generalı Kennez Mkenize ənənəvi mətbuat konfransında Trampın Suriyadan çəkiləcəkləri haqda bəyanatını “dedi-qodu” adlandırıb:

“Suriyadan çəkilmə haqqında dedi-qodular eşitdim. Prezident Trampın bununla bağlı “çox yaxında” dediyini bilirəm, çünki İŞİD-i məğlub etməkdə çox bacarıqlı olduq. Amma İŞİD hələ bitmiş deyil və bu amansız terror qrupunun tam yox etməkdə qərarlıyıq. Suriyada hələ bizim görəcək işlərimiz var”.

Pentaqonun generalı təkrar-təkrar bəyan edib ki, Amerika ordusunun bölgədəki əsas məqsədi İŞİD-i məhv etməkdir: “Bu məqsədimiz tamamlanmaq üzrədir, ancaq hələ yekunlaşmış da deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru