Qəddafinin keçmiş tərcüməçisi: “Sarkoziyə 20 milyon avro verdi”
6-04-2018, 16:46
Liviyanın keçmiş lideri Muəmmar Qəddafinin tərcüməçisi olan Miftax Missuri Fransanın eks-prezidenti Nikola Sarkozinin maliyyələşdirilməsindən danışıb. “Ölkə.Az” xəbər verir ki, Missuri danışıqların Sarkozinin Liviya səfəri zamanı baş tutduğunu deyib: “Sarkozi səfəri zamanı Qəddafiyə prezidentliyə namizəd olacağını dedi. Qəddafi isə Sarkoziyə hər cürə dəstək və yardım göstərəcəyini dedi”.
Missuri qeyd edib ki, Sarkozinin seçki qərargahının nümayəndələri Liviya dövlət məmurları ilə görüşlər keçiriblər. Görüşlərin birində ortaya qoyulan sənədə əsasən, Liviya hökuməti Sarkozinin seçki kampaniyasına 50 milyon avro ayırm alı idi. Amma Qəddafi məbləği 20 milyon avroya qədər azaltmağı tapşırıb.
“Qəddafi bunları şəxsən mənə danışıb. Bir dəfə dedi ki, mən 20 milyon avro bağışladım”, – deyə Missuri bildirib.