Böyük Britaniya şəkərə vergi tətbiq edib

6-04-2018, 16:47           

Böyük Britaniyada aprelin 6-dan etibarən piylənməyə səbəb olan şəkərli içkilərin istehsalını azaldacağı gözlənilən “şəkər vergi”si qüvvəyə minib.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, vergi yığımı 100 millilitr mayedə şəkər payı 5 qramdan çox olan şirtin alkoqolsuz içkilərə tətbiq olunacaq. Şəkər payı 8 qramdan artıq olarsa, yüksək vergi dərəcəsi ödənəcək. Fəaliyyətini yenidən tənzimləməyən şirkətlərdən vergi qismində illik 240 milyon funt sterlinq (335,8 milyon dollar) tutulacaq.

Görülən tədbirlər, ilk növbədə, uşaqlarda piylənmənin qarşısını almağa hesablanıb. Toplanan pullar məktəblilərdə fiziki aktivliyi və balanslaşdırılmış qidalanmanı təşviq edən proqramlara sərf olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru