Əsəd Rusiyanın təklifini rədd etdi

6-04-2018, 22:20           
Əsəd Rusiyanın təklifini rədd etdi
Suriya prezidenti Bəşər Əsəd Rusiyanın onun Ankara sammitində iştirak etməsi üçün göndərdiyi dəvəti qəbul etməyib.

Oxu.az “Əl-Əhbar” qəzetinə istinadən xəbər verir ki, söhbət bir müddət əvvəl Ankarada Rusiya,Türkiyə və İran liderləri arasında keçirilmiş zirvə toplantısından gedir.

Qəzetin məlumatına görə, Əsəd “müxtəlif səbəblərə” görə, toplantıda iştirak edə bilmədiyinə görə Kremldən üzr istəyib.

Türkiyədəki sammitə dəvətin, Ankara ilə Dəməşq arasındakı münasibətlərinin normallaşmasına vasitəçilik etmək məqsədi daşıdığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru