Nyu-Yorkda "Trump Tower"də yanğın olub, ölən və xəsarət alanlar var 8-04-2018, 10:36 Nyu-Yorkda yerləşən "Trump Tower"in 50-ci mərtəbəsində yanğın olub.Trend-in məlumatına görə, yanğın nəticəsində binada yaşayan bir nəfər həlak olub, 4 yanğınsöndürən isə yüngül xəsarətlər alıblar.Yanğın xidməti nümayəndələrinin sözlərinə görə, hadisə yerində 200-ə yaxın yanğınsöndürən işləyir. Yanğının səbəbləri hələlik açıqlanmır. Facebook-da paylaş