Münsterdə terror aktı törədənin evindən “Koloşnikov” tapıldı

8-04-2018, 11:00           

Almaniyanın Münster şəhərində 3 nəfərin ölümünə, 6-sı ağır olmaqla 20 nəfərin yaralanmasına səbəb olan hücumçunun kimliyi məlum olub. AzEuroNews.com xəbər verir ki, bu 48 yaşlı Almaniya vətəndaşı Jens R.-dir. Alman mediasının yazdığına görə, mikroavtobusu restoranın küçədə qurulmuş masalarında əyləşənlərin üstünə sürən Jens hadisədən sonra intihar edib.


Alman polisi onun evində axtarış aparıb. Onun ölkədəki sağcı radikal millətçilərlə əlaqələri üzə çıxıb. Polis onun mənzilinə baxış zamanı oradan “Koloşnikov-AK47” markalı avtomat tapıb.

Artıq bir çox alman mediası olayı terror aktı kimi təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru