İranda silahlı hücum: İmam Hüseyn mərkəzinə daxil olub...

8-04-2018, 20:36           

İranın Əhvaz şəhərində yerləşən İmam Hüseyn Mədəniyyət Mərkəzinə silahlı hücum olub.

Axar.az xəbər verir ki, bu barədə İranın İQNA agentliyi məlumat yayıb. Bildirilib ki, Əhvaz Azadlıq Hərəkatına mənsub naməlum şəxs hücumdan sonra olayın görüntülərini paylaşıb və məsuliyyəti öz üzərinə götürüb.

Sözügedən mərkəzin nümayəndəsi Hüccətülislam Məhəmməd Kabi açıqlamasında hadisədən bir gün öncə adıçəkilən qruplaşmadan təhdid mesajları yayıldığını deyib.

“İmam Hüseyn Mərkəzi gecə yarısı 00:20-də silahlı basqına məruz qaldı. Olay zamanı ölən və yaralanan olmasa da, mədəniyyət evinə ciddi ziyan dəyib”, - - bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru