Silahlıları və ailə üzvlərini daşıyan ilk avtobuslar Suriyanın Duma şəhərini tərk edib

9-04-2018, 08:27           

Silahlıları və onların ailə üzvlərini daşıyan ilk avtobuslar Suriyanın Duma şəhərini tərk edib.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.



““Ceyş əl-İslam” qruplaşmasının silahlılarının Duma şəhərindən çıxarılmasına başlanılıb. Silahlıları və onların ailə üzvlərini daşıyan ilk avtobuslar Mühəyyam əl Vafedin rayonundakı nəzarət-buraxılış məntəqəsindən keçib”, - deyə məlumatda bildirilir.



Ümumilikdə şəhərdən 8 000 silahlı və onların 40 minədək ailə üzvlərinin çıxarılması planlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru