Macarıstanda keçirilən parlament seçkilərində hakim koalisiya lider olub

9-04-2018, 08:31           
Macarıstanda keçirilən parlament seçkilərində hakim koalisiya lider olub
Macarıstanda keçirilən parlament seçkilərində ölkənin baş naziri Viktor Orbanın rəhbərlik etdiyi hakim koalisiya liderlik edir.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Macarıstanın Milli Seçki Komitəsinin ilkin nəticələrinə görə, 69,1 faiz seçici səsinin hesablanmasından sonra "Macarıstan Vətəndaş İttifaqı – FİDES" və Xristian-Demokrat Xalq Partiyasının koalisiyası 49,5 faiz səs toplayıblar.

Qeyd edək ki, Macarıstan parlamentinə seçilmək üçün 199 yer uğrunda 23 partiyadan olan namizədlər, habelə 1547 siyasətçi mübarizə aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru