Yunanıstan XİN başçısından xəbərdarlıq:"Türkiyə ilə müharibə qaçılmazdır"

9-04-2018, 08:52           

“Türkiyə ilə Yunanıstan arasında müharibə qaçılmazdır”.

Bu sözləri Yunanıstan Xarici İşlər naziri Nikos Kocias “Der Şpigel” nəşrinə müsahibəsində deyib: “Ancaq biz daim problemlərin sülh yolu ilə həllini nəzərdən keçiririk. Bütün qonşuların, hətta ən yaxşı ailələrin belə problemləri var. Problemlər sülhə söykənən qərarlarla, diplomatik yollarla həll edilməlidir”.

Jurnalistin “Ciddi böhran yaşayan Yunanıstan Türkiyə ilə silahlanma yarışına dayana bilərmi?” sualına isə nazir belə cavab verib: “Yunanıstan Türkiyə ilə müqayisədə maliyyə mənbələrinə və texniki struktura malik deyil, lakin müdafiə və hücum xarakterli silahların alınmasında fərqlər var”.

Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru