ABŞ-ın `öldürdüyü` `Səddamın sağ qolu` danışdı - VİDEO

9-04-2018, 14:05           
ABŞ-ın `öldürdüyü` `Səddamın sağ qolu` danışdı - VİDEO
Səddam Hüseyn və yaxınları 2003-cü il çevrilişindən sonra öldürülmüş, yaxud həbsə atılmışdı. Həmin vaxtdan itkin düşən Səddamın “sağ əli” General İzzət İbrahim Əl Durinin 17 aprel 2015-ci ildə ABŞ əsgərlərinin həyata keçirdikləri əməliyyatlarda Səlahəddin şəhərində öldürüldüyü bildirilmişdi.

FaktXeber.com-un məlumatına görə, buna baxmayaraq, ölüm xəbərindən 3 il sonra ABŞ hakimiyyətini lağa qoymaq üçün Əl-Durini Facebook sosial şəbəkəsi vasitəsi ilə video paylaşıb.

Bəəs Partiyasının 71-ci il dönümü səbəbindən yayınladıı videoda o, Səudiyə Əoəbitstanından yardım istəyib və Bəəs üzvlərinin həbsdən buraxılmayacağı təqdirdə Bağdada müharibə elan edəcəklərini bildirib.

İzzət İbrahim əl-Duri, İŞİD terror təşkilatının beyin fikirlərinin atası olaraq qəbul edilirdi. Ekspertlərin fikrincə, İŞİD-in İraqda belə böyük bir ərazini qısa müddətdə idarə edə bilməsi Bəəs Partiyasının ölkədə hələ də fəaliyyət göstərən bazasından istifadəsinin nəticəsi idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru