16.6 milyonluq ŞOK fırıldağ – Moskvada şok cinayət

10-04-2018, 01:04           
16.6 milyonluq ŞOK fırıldağ – Moskvada şok cinayət
Moskva polisi “Lenkom” teatrı yaxınlığında 16,6 milyon dollarlıq aksiya satışı ilə bağlı dələduzluq edən şəxsi həbs edib

Həbs barədə məlumat verən hüquq-mühafizə orqanları 1950-ci il təvəllüdlü Azərbaycan vətəndaşının 2014-cü ilin iyulunda böyük Sinqapur şirkətinin pullarını ələ keçirmək istədiyini deyib. O, həmin bu vaxt firmanın direktoru ilə tanış olaraq onu restoran və otel biznesi ilə məşğul olan şirkətin aksiyalarının 100%-nin ona məxsus olduğuna inandıra bilib. Reallıqda isə aksiyaların 25%-i “Lenkom” dövlət teatrına məxsus olub.

““Yunost” mehmanxanasında azərbaycanlı dələduz aksiyaların alış-satışı ilə bağlı 38 milyon dollar məbləğində müqavilə imzalayıblar. Bundan 750 milyon rubl çıxmaq şərti ilə müqavilə 16,6 milyon dollardan çox məbləğ təşkil edib. Daha sonra bu məbləğ cinayətkar tərəfindən açılmış hesaba köçürülüb” – mənbə belə deyib.

Axtarış-əməliyyat tədbirləri çərçivəsində dələduz 6 apreldə saxlanılıb və ona qarşı küllü miqdarda məbləğdə dələduzluq ittihamı ilə cinayət işi açılıb. Hal-hazırda həmin şəxs heç yerə getməmək haqda iltizam imzalayıb.
avropa.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru