Ukrayna “Smerç”dən üstün hesab etdiyi yeni raket kompleksini dövlət sınağından keçirib

11-04-2018, 00:00           
Ukrayna “Smerç”dən üstün hesab etdiyi yeni raket kompleksini dövlət sınağından keçirib
Ukraynanın Odessa vilayətinin cənubunda "Olxa” raket kompleksi dövlət sınağından keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov məlumat verib. "Bu layihə üzərində çalışan hər kəsə təşəkkür edirik. Bu raket kompleksi Rusiyanın "Smerç” raket kompleksindən üstün hesab edilir”, - deyə Turçinov əlavə edib.

Onun sözlərinə görə, "Olxa” raket kompleksinin dövlət sınağı bir neçə mərhələdə keçiriləcək. Bu müddətdə sifarişçilər raket kompleksinin taktiki-texniki parametrləri ilə tanış ola biləcəklər. Bütün sınaqlardan keçdikdən sonra raket kompleksinin davamlı istehsalına başlanılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.