ABŞ bir aviadaşıyıcı və 7 savaş gəmisini Aralıq dənizinə göndərir –Almaniyadan Vaşinqtona hərbi dəstək

11-04-2018, 00:06           

ABŞ “USS Harry Truman” aviadaşıyıcısını və 7 savaş gəmisini Aralıq dənizinə göndərir.

“Anadolu” xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər aprelin 11-də döyüş təyyarələri ilə Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Avropa və Yaxın Şərqdə yerləşdirilməsi üçün yola düşəcək.

Məlumata görə, “USS Harry Truman” aviadaşıyıcısını “USS Normandy” kreyseri, “USS Arleigh Burke”, “USS Bulkeley”, “USS Forrest Sherman” və “USS Farragut” destroyerləri müşayiət edəcəklər. “USS Jason Dunham” ve “USS The Sullivans” destroyerləri isə gəmi karvanına daha sonra qatılacaq. Gəmilərin göyərtəsində, ümumilikdə, 6500 heyət üzvü olacaq.

Bundan başqa, ABŞ gəmilərini bir müddət Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “FGS Hessen” freqatı da müşayiət edəcək/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru