Britaniyanın Kiprdəki qoşunları döyüş hazırlığı vəziyyətinə gətirildi –Suriyaya zərbə endirmək üçün

11-04-2018, 00:08           

Britaniyanın Kiprdəki qoşunları Suriyaya zərbə endirmək üçün döyüş hazırlığı vəziyyətinə gətirilib.

Türkiyə mətbuatı xəbər verir ki, ABŞ, Böyük Britaniya və Fransa 24 saat ərzində Suriya ərazisinə zərbə endirə bilər.

Lakin bu məlumatlar hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

Artıq Aralıq dənizi hövzəsində “USS Donald Cook” və “Porter 7” eskadra mina gəmiləri də daxil olmaqla bir neçə Amerika hərbi gəmisi var.

Aprelin 10-da ABŞ prezidenti Donald Tramp bildirib ki, Ağ ev 24-48 saat ərzində Suriyaya qarşı hərbi gücün tətbiqinə dair qərar qəbul edəcək/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru