Rusiyadan şok açıqlama: - ABŞ Suriyaya raket atsa, dərhal...

11-04-2018, 12:58           
Rusiyadan şok açıqlama: - ABŞ Suriyaya raket atsa, dərhal...
ABŞ-ın Suriyaya atacağı raketlər dərhal vurulacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Livandakı səfiri Aleksandr Zaspikin Hizbullaha yaxınlığı ilə tanınan “Manar” kanalına deyib.

Səfir bununla bağlı hazırlıq görüldüyünü, atılan raketləri zərərsizləşdirəcəklərini bildirib.

Qeyd edək ki, Şərqi Qutanın Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfər həlak olub. Bundan sonra ABŞ-ın Suriyaya cavab zərbəsi endirəcəyi ilə bağlı iddialar səsləndirilib.

Bunun ardınca Rusiyanın Suriyada yerləşdirdiyi S-400-lər tam döyüş hazırlığına gətirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru